“Oskar” mükafatı almış aktrisa vəfat etdi

2 May 2021 22:11

Amerikalı aktrisa, "Oskar" mükafatçısı Olimpiya Dukakis vəfat edib. Bu barədə onun qardaşı Apollo Dukakis özünün "Facebook" səhifəsində xəbər verib. Aktrisa uzun sürən xəstəlikdən sonra 90 yaşında Nyu-Yorkda dünyasını dəyişib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, O.Dukakis ilk növbədə "Ayın hökmündə" filmindəki rolu ilə məşhur idi. Məhz bu ekran əsərindki Rouz Kastorini obrazına görə aktrisa "Qızıl Kürə" və "Oskar" mükafatlarına layiq görülüb. O, həmçinin üç dəfə ali kino mükafatının nominantı olub.

Milli.Az