Rusiyada daha 8053 nəfər koronavirusa yoluxub

27 Aprel 2021 14:49

Rusiyada son sutka ərzində daha 8 053  nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 4 779 425 nəfərə çatıb.

Son sutka ərzində 392 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 108 980 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az