Bu şəxslərin maaşı iki dəfə artırıldı - RƏSMİ

27 Aprel 2021 12:55

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Milli.Az Sfera.az-a istinadən bildirir ki, dəyişiklik layihəsinin məqsədi prokurorluq işçilərinin maddi təminatının gücləndirilməsidir.

Belə ki, dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Milli.Az