"Həmişə deyirdi ki, 70 yaşımda vəfat edəcəyəm" - Arzusuna çatdı

27 Aprel 2021 14:04

"Baloğlan Əşrəfov həmişə deyirdi ki, 70 yaşımda dünyamı dəyişəcəm".

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. O, mərhum müğənni Baloğlan Əşrəfovla bağlı xatirələrini bölüşüb:

"Ürəyinə əvvəlcədən damıbmış. Bu sözü tez-tez deyirdi. Deyirdim ki, sənə nə olub, yaşayacaqsan, sağlamsan. Amma qismət, gəldi 70 yaşında vəfat etdi".

Qeyd edək ki, B.Əşrəfov koronavirus infeksiyasına yoluxmuşdu. Sənətçinin oktyabrın 8-də 70 yaşı tamam olacaqdı.

Milli.Az