Qaradağda telefon mağazası qarət edildi

2 May 2021 22:06

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində 15 ədəd mobil telefon oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini H.Babayev saxlanılıb.

Milli.Az