Ermənistan NATO təlimlərindən imtina etdi

27 Aprel 2021 15:44

Ermənistan NATO-nun planlaşdırdığı "Defender Europe 21" təliminə qatılmayacaq.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada deyilir ki, hazırda Ermənistan Silahlı Qüvvələri NATO-nun təlimlərinə qatılmaq məsələlərini nəzərdən keçirmir.

Milli.Az