Rusiyada qiymətlə razılaşmayan sərnişin taksi sürücüsünə atəş açdı

2 May 2021 21:43

Rusiyanın Perm şəhərində taksi sürücüsünə qarşı hücum faktı qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, xanım sərnişin gediş qiymətinin çox yüksək olduğunu bildirib, sürücü isə onunla razılaşmayıb. Tərəflər arasında yaranan mübahisənin gedişində qadın travmatik tapanca vasitəsilə sürücüyə atəş açıb. Lakin o, hədəfdən yayınıb.

Taksi sürücüsünün yalnız kiçik cızıqlarla hadisədən qurtulduğu qeyd olunub.

Milli.Az