Ruslar dollardan imtina edir

27 Aprel 2021 11:14

ABŞ tərəfindən artan sanksiyalar fonunda Rusiya dollardan tədricən imtina etməyə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg" xəbər yazıb. Qeyd olunur ki, ixrac əməliyyatlarında dollarla hesablaşma 50 faizdən 48-ə düşüb. İl əvvəl isə bu rəqəm 61 idi. Səbəb də, Rusiyanın Çinlə ticarət dövriyyəsini artırması göstərilir. Son aylar Rusiya hakimiyyət orqanları iqtisadiyyatı Amerika müdaxiləsindən izolə etməyə çalışır.

Kamran
Milli.Az