Bakıdakı Dünya Kuboku ləğv edildi

27 Aprel 2021 10:49

Bakıda keçiriləcək güllə və stend atılıcılığı üzrə 2021-ci il Dünya Kuboku ləğv edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Azərbaycanda koronavirusa yoluxanların sayının artması göstərilib.

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının açıqlamasında bildirilib ki, təəssüf doğursa da, qərar idmançıların sağlamlığını qorumaq üçün verilib. 

Milli.Az