Baloğlan Əşrəfovun vəsiyyəti belə imiş - Dostu açıqladı

27 Aprel 2021 10:04

Xəbər verdiyimiz kimi, B.Əşrəfov bir neçə dəqiqə əvvəl Masallıda dəfn edilib.

Milli.Az xəbər verir ki, Əməkdar artist Yusif Mustafayev axşam.az-a açıqlamasında bildirib ki, bu, müğənninin öz vəsiyyəti olub:

"Vəsiyyət etmişdi ki, ata-anamın yanında dəfn olunum. Ona görə də polislərin müşayiəti ilə Bədəlan kəndinə gətirildi və burada dəfn olundu".

Qeyd edək ki, B.Əşrəfov koronavirus infeksiyasından dünyasını dəyişib.  

Milli.Az