Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

27 Aprel 2021 08:53

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sürücü xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Hyundai" markalı avtomobil geriyə dönüş edən "Opel" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində "Hyundai"ın sürücüsü xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Milli.Az