Beynəlxalq Olimpiya Komitəsi Çin Xalq Respublikasının gimnastlardan ibarət yığmasını cəzalandırıb. Yığmanın heyətinə daxil olan gimnastlardan biri öz həqiqi yaşını gizlətdiyinə görə komanda 2000-ci ildə Sidney Yay Olimpiya oyunlarında qazanılan bürünc medaldan məhrum edilib.
Olimpiya oyunları zamanı gimnast Dun Fansyaonun 14 yaşı olub. Halbuki, qaydalara görə, 16 yaşı tamam olan idmançılar Olimpiya oyunlarında iştirak edə bilər.
Beynəlxalq Olimpiya Komitəsinin aparılan daxili təhqiqat üçün sərf olunan zərərin ödənilməsi üçün Pekinə xəbərdarlıq məktubu göndərəcəyi gözlənilir.
/ANS Press/