Rusiya ukraynalı diplomatı “arzuolunmaz şəxs” elan etdi

26 Aprel 2021 18:59

Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı "persona non qrata" elan olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı nota Ukraynanın Moskvadakı səfirliyinə göndərilib. 

Ukraynalı diplomat aprelin 30-u günün sonuna qədər Rusiya Federasiyasını tərk etməlidir.

Xatırladaq ki, aprelin 19-da Ukrayna XİN Rusiyanın bu ölkədəki səfirliyinin əməkdaşını "persona non qrata" elan edib.

Milli.Az