Buffon akademiya açdı

26 Aprel 2021 17:55

"Yuventus"un qapıçısı Canluici Buffon öz futbol akademiyasını açıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Buffon Futbol Akademiya"sında 8-16 yaşlı oğlanlar və qızlar futbolun sirlərinə yiyələnəcəklər.

43 yaşlı qolkiper akademiyanın mətbuat xidmətinə açıqlamasında yayda təlimlərə başlayacaqlarını bildirib.

Milli.Az