İspan futbolçu 20 yaşında vəfat etdi

26 Aprel 2021 17:31

İspaniyanın "Las Palmas" klubunun sabiq futbolçusu Luis Oxeda Suares 20 yaşında dünyasını dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc futbolçunun ölüm səbəbi açıqlamayıb. Suaresin ailəsinə başsağlığı verilib.

Qeyd edək ki, ispaniyalı oyunçu 2017 - 2019-cu illərdə "Las Palmas"ın gənclərdən ibarət komandasında çıxış edib.

Milli.Az