Müharibə ehtimalı artır - Putin ehtiyatda olan hərbçiləri orduya çağırdı

26 Aprel 2021 17:20

Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan vətəndaşların orduya çağrılması barədə fərman imzalayıb.

Milli.Az lenta.ru-ya istinadən xəbər verir ki, sənəd imzalandığı gündən qüvvəyə minir. Aprelin 1-dən ölkədə orduya çağırış da başlayıb və proses iyulun 15-nə kimi uzanacaq. Planlaşdırılır ki, Silahlı Qüvvələr 135 min hərbçi ilə artacaq.

Kamran
Milli.Az