Həkimin dedikləri ilə dua bir-birini tamamlayar

2 May 2021 21:40

Ayətullah Möhsün Müctəhid Şəbistəri duanın bəla zamanı roluna işarə edərək, buyurmuşdur: "Bu haqda Quranda çox sayda ayələr vardır. Misal üçün, Allah ayələrin birində buyurur: "Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar". ("Bəqərə" 186).

Bu ayə insanları dua etməyə dəvət edir".

Alim deyir: "Son zamanlarda Ali Dini Rəhbər ağacların əkildiyi gündə duanın əhəmiyyətinə çox işarə etmişdir. O, bu barədə çoxlu tövsiyələr vermişdir.

Qurani-Kərimdə həmçinin təvəssül mövzusuna da işarə edilir və buyurulur: "Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda mücahidə edin, bəlkə nicat tapdınız". ("Maidə" 35).

Bu ayəni təfsirçilər belə mənalandırır ki, Həzrət Peyğəmbər (s) və Məsum İmamlar (ə) duanın yerinə yetməsi üçün vasitədirlər.

Duanın yerinə yetməsində şərt qoyulmuşdur ki, dua edən şəxs təqvalı və imanlı olmalıdır. Vəhabilərin o iddiası ki, dua və təvəssülün heç bir rolu yoxdur - əsassız bir sözdür. Onlar ağıl və Quranın əksinə olaraq, əsassız və mənasız şübhələr yaymaqdadırlar.

İndiki karantin şəraiti tələb edir ki, mömin insan cəmiyyət içinə bir qədər az-az çıxsın və evində dua və münacat ilə məşğul olsun. Bu xəstəliyə görə məscidlərdə mərasimlər təşkil edilə bilmir.

Möminlərin bu əyyamda xəstələr üçün dua etməsinin böyük əhəmiyyəti vardır. Dua edirik ki, Allahın izni ilə bu virusun kökləri quruyar".

Alim sonda buyurur: "Dua və təvəssül ilə yanaşı, həkimlərin dediklərinə də diqqət etmək lazımdır. Çünki dua o zaman yerinə yetər ki, həkimlərin dedikləri ilə bir yerdə əməl olunsun".

Milli.Az