İmam Zamanın günahkarlar üçün etdiyi dua

2 May 2021 20:45

Seyyid ibni Tavus deyir: "Səhər çağı müqəddəs Samirra şəhərində idim. Bu zaman İmam Zaman ağanın (ə.f) mübarək səsini eşitdim ki, davamçıları üçün dua edirdi.

Həzrət (ə.f) buyururdu: "Allahım! Bizim davamçılarımız şüalarımızın nurundan və qalan palçığımızdan xəlq olunublar.

Onlar biz Əhli-Beytin (ə) məhəbbətinə söykənərək, çoxlu günahlar ediblər.

Əgər onların günahları elə günahlardır ki, Səninlə rabitədədir - onlardan keç ki, bizi razı edərsən...

O günahları ki, özləri ilə rabitədədir - Özün islah et.

Onlara cəhənnəm atəşindən nicat ver.

Onları bizim düşmənlərimizə etdiyin qəzəbdə bir yerə toplama!".

Milli.Az