Saxlanılan icra başçısı Bakıya gətirildi - Evində axtarış aparılıb - FOTO

26 Aprel 2021 15:58

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilib.

Milli.Az bildirir ki, bu barədə baku.ws məlumat verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 09:30 radələrindən etibarən Şəmkir rayon İH-də olub. Bu müddət ərzində araşdırma aparılıb.

Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb.

Milli.Az