Putin Bəşər Əsəd ilə telefonla danışıb

26 Aprel 2021 15:12

Rusiya Prezidenti Vladimir Putin və onun suriyalı həmkarı Bəşər Əsəd arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, V. Putin B. Əsədlə koronavirusla mübarizədə əməkdaşlıq, Rusiya peyvəndinin Suriyaya göndərilməsi məsələlərini müzakirə edib.

Tərəflər Konstitusiya Komitəsinin fəaliyyəti çərçivəsində Suriyada sülh prosesinin irəliləməsinə də diqqət ayırıblar.

Milli.Az