Dronlarla hücum: Hərbi hava bazası bombalandı

26 Aprel 2021 15:04

Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanına pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildiriblər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, hücumun hədəfində Kral Xalid hərbi hava bazası olub. Üsyançıların iddiasına görə, hədəf dəqiqliklə vurulub. Krallıq iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Milli.Az