Türkiyənin "Baykar Savunma" şirkəti seriya istehsalına yeni başladığı "Bayraktar Akıncı" döyüş pilotsuz təyyarəsinin ötən həftə keçirilən ilk döyüş atışlı sınaq uçuşundan yeni görüntülər paylaşıb. Bu görüntülərdə "Bayraktar Akıncı" uçur və hədəfə 30 kilometrdən çox məsafədən MAM-T ağıllı raketi ilə zərbə endirir, həmin anlar onu müşaiyət edən "Bayraktar TB2" döyüş pilotsuz təyyarəsi isə öz kameraları ilə bunları qeydə alır.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, "Akıncı" pilotsuz döyüş təyyarəsi "Bayraktar TB2"yə nisbətən daha üstün göstəricilərə malikdir, 6 ədəd ağıllı "hava-yer" raketi və "hava-hava" tipli 2 ədəd "Bozdoğan" raketi daşıyır. 12 min metr yüksəkliyə qalxır və daha çox havada qala bilir.
Milli.Az