20 yanvar küçəsindəki qüsur aradan qaldırıldı - FOTO

26 Aprel 2021 12:14

Sosial şəbəkələrdə 20 Yanvar küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılmışdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, AAYDA-nın aidiyyəti şöbəsi tərəfindən nəzarətə götürülmüş problem qısa müddət ərzində aradan qaldırılıb.

Qeyd edək ki, ərazidə olan dekorativ kolluqlar parkın ərazisindəcə 10 metr kənara köçürülərək yenidən əkilib.

Milli.Az