Hüseynbala Mirələmovla VİDEOsu yayılan qadın da YAP-dan çıxarıldı

26 Aprel 2021 11:02

Xəbər verdiyimiz kimi, 23 apreldə YAP İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP), eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, YAP Xətai rayon təşkilatının sabiq sədri H.Mirələmovun qeyri-əxlaqi hərəkət etdiyi xanım işçisi də Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Milli.Az