Xalq artisti Məleykə Əsədova mərhum İlhamə Quliyeva haqqında gözlənilməz açıqlama verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "ATV maqazin onlarla" proqramında danışıb. O bildirib ki, hər kəs onları küsülü hesab edib:
"Allah rəhmət eləsin, ölüb gedib. Amma böyük sənətkar idi. Dünyasını dəyişib, haqqında danışa bilmərəm. Sağ olsa, danışardım. Biz küsülü olmamışıq. İnsanlarla küsülü qalmıram. Sözüm var idisə, deyərdim. Amma küsülü olmamışıq".
Milli.Az