Türk ordusu şəhid verdi

26 Aprel 2021 10:24

Türkiyə ordusunun əsgəri İraqın şimalında "Pence-Şimşek" əməliyyatı zonasında terrorçular tərəfindən quraşdırılan partlayıcının işə düşməsi nəticəsində ağır yaralanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, əsgər qısa zamanda  xəstəxanaya aparılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq hərbçininin həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az