Karantində baxmayaraq konsert təşkil etdilər - FOTOlar

26 Aprel 2021 09:37

Dünya ölkələrinin pandemiya ilə mübarizə apardığı dövrdə bəzi dövlətlərdə həyat yenidən əvvəlki vəziyyətinə qayıdıb. Belə ölkələrdən biri də Yeni Zelandiyadır.

Mili.Az axşam.az-a istinadən xəbər verir ki, pandemiya başlayan zaman ölkə bütün aviareysləri dayandırıb, bir çox məhdudiyyətlər və karantin rejimi tətbiq edib. Bu səbəblə də tez bir zamanda pandemiyaya qalib gəlib.

Bunu dünən ölkədə təşkil edilən geniş miqyaslı konsert də təsdiq edib. Ölkədə sosial məsafə, maska kimi izolyasiya qaydalarının əməl edilmədiyi və 50 min insanın qatıldığı böyük musiqili proqram təşkil olunub. Konsertə gələn sakinlərdən biri "İnsan olaraq bir yerə toplaşmağa və mahnı oxumağa ehtiyacımız var. Uzun müddətdən sonra keçirilən bu konsert hər birimizi sevindirdi" - deyə, bildirib.

Qeyd edək ki, son sutkada Yeni Zelandiyada koronavirusa sadəcə 1 yoluxma faktı qeydə alınıb.

Milli.Az