Ucarda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, gecə saatlarında rayonun Lək kənd sakini, 1993-ci il təvəllüdlü Aslan Fərman oğlu Həsənli aralarında yaranmış münaqişə zəminində həmkəndlisi, 1966-cı il təvəllüdlü Rövşən Vəzir oğlu Vəzirovu bıçaqlayıb.
Qarın nahiyəsindən 2 bıçaq xəsarəti alan R.Vəzirov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən A.Həsənli tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Milli.Az