Kraliçanın avtomobili 471 minə satılır - FOTO

26 Aprel 2021 09:44

Böyük Britaniya kraliçası II Yelizavetanın şəxsi avtomobili hərraca çıxarılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Bentley Mulsanne" markalı maşının ilkin auksion qiyməti 200 min funt-sterlinq (271 min 300 manat) dəyərində müəyyən edilib. 

Avtomobil "Braley Motor Car" şirkəti tərəfindən satışa çıxarılıb.

Maşının satışı və strukturu haqqında "MailOnline"a müsahibə verən şirkət rəsmisi Cek Morqan-Cons,  bu avtomobilin kraliça üçün mənəvi dəyərinin böyük olduğunu və daha da baha qiymətə satılacağını ümid etdiyini bildirib.

Milli.Az