Rəhim Rəhimlinin oğlu var?
28 Aprel 2010 19:24
Müğənni Rəhim Rəhimlinin hər kəsdən gizli saxladığı oğul övladının olması barədə söz-söhbətlər gəzir. Müğənni bu xəbərin həqiqətə uyğun olmadığını bildirib. "Danışılanlar mənə də gəlib çatıb. Hətta tanışlarımdan biri ilə mərcə də giriblər ki, Rəhimin oğlu var. Əlbəttə ki, mərci tanışım udub", -deyə o, qeyd edib.
"Bəlkə sənin özündən xəbərsiz oğlun böyüyür" sualını isə sənətçi gülərək "Yox, yox! Dəqiq bilirəm ki, belə bir şey yoxdur" deyə cavab verib.
Rəhim Rəhimli haqqında son zamanlar çox şayiələr gəzir. Bəzi şayiələrdə sənətçinin evlənmədən uşaq sahibi olması barədə deyilir, digər şayiələr isə evli olması barədədir. "Xeyr, nə evliyəm, nə də uşağım var. Mən çox rahat insanam. Hər şeyi açıb deyə bilirəm. Belə bir şey olsaydı, gizlətməzdim", - deyə Rəhim bildirib.
Müğənniliklə yanaşı aparıcılıq fəaliyyəti ilə məşğul olan Rəhim Rəhimli hal-hazırda evlənmək fikrində olmadığını desə də, evlənməyə vaxt tapmadığını söyləyib: "Əgər soruşsanız, ürəyimdə kimsə var, deyə bilərəm ki, var. Olmasaydı, həyat davam etməzdi və yeni mahnılar yazılmazdı".
Müğənni həmçinin ailə qurmadan uşaq sahibi olmayacağını deyib: "Düşünürəm ki, bizdə hər şey qanuni olacaq".
/ANS PRESS/