Görmə hallsünasiyaları

1 May 2021 07:21

Ümumi məlumat:
Görmə hallsünasiyaları ətraf mühiti qavramanın pozulmalarından biridir. Bu zaman real qıcıqlandırıcı olmadan, real həyatda olmayan hadisələrin qavranılmasıdır.
Xəstəliyin səbəbləri ən çox infeksion və intoksikasion psixozlardır.

Simptomları:

Görmə hallsünasiyalarında xəstənıin gözünə od, tüstü, işıq, müxtəlif əşyalar, heyvanlar, həşəratlar, fantastik canlılar ( cinlər, əcinələr, şeytanlar) bütöv səhnələr ( toy, dəfn mərasimi, təbiət hadisələri və s.) görünə bilər. Gözə görünmələr hərəkətli, hərəkətsiz, eynicinsli və tərkibinə görə dəyişkən olur.
Görmə hallsünasiyaları ən çox xəstələrdə şüur dəyişəndə, axşam və gecə vaxtlarında olur. Həqiqi halsünasiyalardan başqa, psevdohallsünasiyalara rast gəlinir ki, bu zaman xəstə onları xüsusi hesab edir. Bu zaman ona guya, xüsusi şəkillər göstərirlər.
Kəskin hallsünyoz sindromu qəflətən yaranır, bu zaman xəstənin gözünə səhnə şəkilli hallsünasiyalar görsənır və bunlar da əzabverici hissyyatlarla, sayıqlama, qorxu, özünü itirmə ilə müşayiət olunur.

Müalicəsi:
Hallsünyozlarda xəstələr xüsusi müalicə üçün psixiatrik xəstəxanalara yerləşdirilməlidir. Kəskin hallsünyozlrda xüsusilə bunu təcili olaraq həyata keçirmək lazımdır. Belə xəstələri sanitar maşında sanitar və mütləq həkimin müşayiəti ilə xəstəxanaya göndərmək lazımdır.

Milli.Az