Göygöldə gənc oğlan bıçaqlanıb

25 Aprel 2021 23:10

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Elcan Həsənov qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, E.Həsənov dostu ilə dava zamanı bıçaq xəsarəti alıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az