Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət belədir

25 Aprel 2021 17:40

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 814 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 622 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 295, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 197 təşkil edir.

Milli.Az