Xərçəngdən əziyyət çəkən müğənni başını keçəl qırxdı

25 Aprel 2021 15:16

Süd vəzi xərçənginə tutulan türkiyəli gənc ifaçı Şimal sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, kimyaterapiya müalicəsi alan sənətçi başını keçəl qırxdığı görüntünü İnstaqram hesabında yayımlayıb.

O, videoya "Makiyajımı yenilədim, özümdən əsla imtina etmərəm" sözlərini yazıb.

Milli.Az