İraqda xəstəxanada baş verən yanğında ölənlərin sayı 58-ə çatıb

25 Aprel 2021 14:06

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda xəstəxanada yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yanğın zamanı ölənlərin sayı 58-ə yüksəlib.

"Al-Hadath" telekanalının məlumatına görə, xəstəxanada  koronavirusa yoluxan şəxslər müalicə alırmış.

Xəstəxanada yanğının partlayışdan sonra baş verdiyini bildirirlər. 

Milli.Az