Minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb

25 Aprel 2021 13:06

Hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində qeydə alınıb.

VAZ 2107 markalı avtomobil yolda hərəkətdə olan traktorla toqquşub. Nəticədə minik avtomobilində olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Saatlı xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az