Məşhur milyarder aparıcılıq edəcək

25 Aprel 2021 16:44

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Mask "Saturday Night Live" musiqili yumoristik şouda aparıcılıq edəcək.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə proqramın Tvitter səhifəsində məlumat verilib.

Mayın 8-də "NBC" kanalında yayımlanacaq verilişdə Maskın qonağı dünyaca məşhur müğənni Mayli Sayrus olacaq.

Qeyd edək ki, İ.Mask hazırda 175,6 milyard dollar (təxminən 599 milyard manat) sərvətə sahibdir.

Milli.Az