Toppuşların inqilabı başlandı - FOTO

31 Yanvar 2012 13:10
Braziliyanı Kopakabana kurortunda keçirilmiş "Əsl gözəllik" müsabiqəsinə qatılan xanımlar belə deyirlər.
Onları birləşdirən məqam bədən ölüçülərinin adi, normal olmalarıdır. Bu xanımların heç biri arıq supermodel deyil və arıqlıqdan kənar qalmalarını da anormallıq saymır, pəhriz saxlamırlar.

Milli.Az "Entertaiment"ə istinadən bildirir ki, Kopakabanada  keçirilən "The Girl From Ipanema: Miss Plus Size" gözəllik müsabiqəsinə qatılanların hamısı ətli-canlı xanımlar idi. Tanınmış dizayner Klaris Rebellatonun dediyinə görə, müsabiqənin qalibi Elisanqena İnes Suares əslində dünya fəşn, reklam və moda aləmindəki dəyişikliklərin göstəricisidir.

"Elisanqena kökdür, ətli-canlıdır, toppuşdur. O, artıq model kimi çalışır və modalar evlərindən gələn təkliflərin sayı da artır. Deyəsən, toppuş qadınların inqilabı başlanır", - Rebellato deyib.

4 övlad anası, 38 yaşlı Elisanqenanın dediyinə görə, modalar evlərindən gələn təklifləri nəzərdən keçirəcək, bəyənərsə, qəbul edəcək.

Klaris Rebelattonun oğlu, "Lehona" modalar evinin direktoru Luis Rebelattonun dediyinə görə, artıq defilelərə toppuş xanımları daha aktiv cəlb etməyə başlayacaqlar.

"Ətli-canlı xanımlar üçün 150 reala, yəni 75 dollara bikiniləri satışa çıxardıq. Çox tez və yaxşı satıldı. Deməli, belə məhsullara tələbat böyükdür", - Rebelatto deyib.

Braziliya Milli Statistika İnstitutunun hesablamalarına görə, hazırda ölkədə yetkinlik yaşına çatmış qadınların 48, kişilərin isə 50 faizinin izafi çəkisi var.

Braziliya sakinlərinin yalnız 10 faizi mütəmadi şəkildə idmanla məşğul olur.

Braziliyalı kişilərin "gordinhas" ("balaca toppuş") adlandırdıqları qadınlar isə artıq telekanallar və moda jurnallarında daha tez-tez görünməyə başlayıblar.

"Tanrı mənə belə vücud veribsə, mən kiməm ki, onun səhv etdiyini düşünüm", - Braziliyanın ilk "Miss Plus Size" gözəli deyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Fotolar: AP, Lehona