Türkiyə kəşfiyyatı qırmızı bülletenlə axtarışda olan terrorçunu məhv etdi

25 Aprel 2021 09:39

Türkiyə Silahlı Qüvvələri Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında birgə əməliyyat keçirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əməliyyat zamanı "İnterpol" tərəfindən qırmızı bülletenlə axtarışda olan terrorçu - Sinan Mirhan kod adlı Dalokay Şanlı zərərsizləşdirilib.

MİT uzun illər sözügedən terrorçunu izləyib.

Onun Türkiyənin böyük şəhərlərində terror aktı planlaşdırması barədə məlumat daxil olduqdan sonra zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib.

Milli.Az