Bu il Azərbaycanda neçə minik avtomobill istehsal edilib?

24 Aprel 2021 18:05

Bu il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında ölkədə 408 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 264 ədəd az minik avtomobili istehsal olunmuşdur.

Ümumilikdə, qeyd edilən müddət ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 60,6 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 2,4 dəfə artıb.

Milli.Az