Türkiyə İnterpolun axtardığı PKK-nın əsas üzvlərindən birini məhv etdi

24 Aprel 2021 17:34

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri zərərsizləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, PKK-nın qolu olan KCK-nın "icraiyyə komitəsi"nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.

Terror təşkilatına 1999-cu ildən Yunanıstandan qatıldığı bildirilən Dalokay Şanlının Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı "Apollo Akademiyası"nın rəhbərliyində təmsil olunub.

Milli.Az