Haalanddan Bundesliqa rekordu

24 Aprel 2021 19:56

"Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haaland Bundesliqa rekorduna imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, buna hazırda davam edən "Volfsburq"la matçda fərqlənməklə nail olub. Norveçli oyunçu yerli çempionatdakı 37-ci qolunu vurub. Bununla da Haaland Bundesliqada 21 yaşı tamam olmamış 37 qol həddinə çatan ilk futbolçu olub.

İndiyədək ən yüksək göstərici Haalandın komanda yoldaşı Cadon Sançoya məxsus idi - 36 qol.

Milli.Az