Gürcüstan parlamentinin sədri istefa verib

24 Aprel 2021 16:37

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze istefa verib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hakim "Gürcü arzusu" partiyası bu posta vitse-spiker Kaxa Kuçavanın təyin edilməsinə qərar verib.

Qeyd edək ki, K. Kuçava həm də Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.

Milli.Az