"Qızım deyir, ayıbdı, danışma"

24 Aprel 2021 14:27

Xalq artisti Məleykə Əsədova qazancını qızı Gülərə xərclədiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, bütün qazancıənı qızının təhsilinə xərcləyir:

"Əvvəl qazancımı maşına, geyimə verirdim. Amma indi əlimə pul gələn kimi qızımın təhsilinə qoyuram. Çalışıram başqa dillər öyrənsin.

Gülər nə efirə çıxmağı, nə də alış-verişə getməyi sevir. Xaricdə olanda deyirəm mənimlə mağazaya gedək, gəlmir. Deyirəm, yaxşı özüm ingiliscə danışacam. Deyir, ayıbdı, danışma".

Milli.Az