"Liverpul" xal itirdi

24 Aprel 2021 18:54

"Liverpul" Premyer Liqada növbəti matçına çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "mersisaydlılar" 33-cü turunda "Nyukasl"la qarşılaşıb. Yurgen Kloppun kollektivi qələbəni son dəqiqələrdə əldən verib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "Liverpul" hazırda turnir cədvəlində 54 xalla 6-cı, "Nyukasl" isə 36 xalla 15-cidir.

"Liverpul" - "Nyukasl" - 1:1
Qollar:
 Salah, 3 - Uillok, 90

Milli.Az