Avropanın fond bazarlarında çaxnaşma
28 Aprel 2010 19:57
Bütün əsas indekslər üzrə güclü enmə baş verib.
Brüssel, Milan, Madrid və Paris fond birjalarında səhmlərin dəyəri 2,5 faizdən 3,7 faizədək aşağı düşmüşdür. London fond birjasının nümayəndəsi bildirmişdir ki, avrozonada vəziyyət sürətlə pisləşir, böhran necə deyərlər, dərinliyinə və eninə artmaqdadır.
Birjaların süqutuna öz aktivlərində Yunanıstan və Portuqaliyanın çox sayda istiqrazları olan Avropa banklarının səhmlərini kütləvi satışa çıxarması səbəb olmuşdur. Söhbət ilk növbədə Fransa və Almaniyanın maliyyə institutlarından gedir.
Hazırda bazarlar Avropa İttifaqının avrozona ölkələri rəhbərlərinin münasibətini gözləyirlər. İnvestorlar indiki böhranın İspaniya və İtaliyaya sirayət etməsində ehtiyatlanırlar. Çünki belə olduqda avrozonanın dağılması məsələsi gündəmə gələ bilər.
/AzərTAc/