"Real"ın ulduzu klubu tərk edir?

24 Aprel 2021 12:47

"Real"ın müdafiəçisi Rafael Varan yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Milli.Az lent.az-a istindən xəbər verir ki, "Mançester Yunayted" və PSJ fransalı müdafiəçi ilə maraqlanır. Paris təmsilçisinin artıq 27 yaşlı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilib.

Rafaelin "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədər davam edir və onun "Kral klubu" ilə yeni sözləşmə ilə bağlı danışıqları o qədər də uğurlu getmir.

Milli.Az