"Oruc tutduğu üçün onu əvəzlədim"

24 Aprel 2021 11:03

"Lester"in baş məşqçisi Brendan Rocers İngiltərə Prenyer Liqasının 32-ci turundan təxirə salınmış "Vest Bromviç"lə matçda (3:0) komandanın aparıcı üzvü Vesle Fofananı əvəzləməsinin səbəbi haqda danışıb.

Mili.Az qol.az-a istinadən xəbər verir ki, o deyib ki, fransalı müdafiəçi oruc tutduğu üçün bu addımı atıb: "Fofana oruc tutur, kənara gedib bir şeylər yeməyini istədim. Oyunçuların dini inanclarına hörmət edirəm".

Qeyd edək ki, Fofana 60-cı dəqiqədə Mark Albraytonla əvəzlənib.

Milli.Az