Rassel Krou Zevs obrazında - “Tor” filminin yeni hissəsi

23 Aprel 2021 18:15

"Qladiator" filmi ilə Azərbaycanda da sevilən aktyor Zevs roluna razılıq verib.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, Rassel Krou "Tor: Sevgi və şimşək" filmində Zevs obrazını canlandıracaq. 

Rassel Krou ilə bərabər "Tor" filminin 4-cü bölümündə Mett Deymon, Sem Nil və Melissa Makkarti kimi məşhurları görmək olacaq. 

Filmin təqdimatı isə 2022-ci il may ayının 5-nə planlaşdırılır. 

Milli.Az