Jurnalistlərin növbəti qrupunun peyvəndlənəcəyi vaxt açıqlandı

23 Aprel 2021 17:49

Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında (MŞ) jurnalistlərin "COVID-19" infeksiyasına qarşı vaksinasiyası davam etdiriləcək.

Şuradan Milli.Az-a bildirilib ki, indiyədək MŞ-də 200-dək jurnalist peyvənd olunub. Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər vaksinasiyanın aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər.

Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

Adı, soyadı, atasının adı; Doğum tarixi; Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod); Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected][email protected] elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər.

Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02

Milli.Az